DÜNYA » SİYASƏT
29 Oktyabr 2021, 15:04 (GMT +4)

Beni Qants İsrailin ən çox silah satdığı ölkələrdən birinə gizli səfər edib

Bakı, 29 oktyabr, SalamNews, B.Samid. Sinqapur İsraildən silah alan ölkələr arasında ikincidir. Müdafiə naziri Beni Qants bu ölkəyə gizli səfərə gedib.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Bildirilib ki, İsrailin müdafiə naziri Sinqapura gizli səfərə gedib.

Əlavə edilib ki, B.Qantsın, İsraildən ən çox silah alan ölkələr arasında ikinci olan Sinqapura səfəri dörd gün çəkib.

Qeyd edək ki, İsrailin Müdafiə Nazirliyinin saytı ötən həftə B.Qantsın dörd günlük xarici səfəri barədə ümumi məlumat yaymışdı.