DÜNYA » SİYASƏT
29 Oktyabr 2021, 12:35 (GMT +4)

Pakistanda polislə “islamçı camaat” üzvlərinin qarşıdurmasında səkkiz nəfər ölüb

Bakı, 29 oktyabr, SalamNews, B.Samid. Pakistanın Pəncab əyalətində “Təhrik Ləbbeyk Pakistan” adlı islamıçı camaatın üzvləri ilə polis arasında şiddətli toqquşma baş verib.

SalamNews Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkədə fəaliyyəti qadağan edilən “Təhrik Ləbbeyk Pakistan” adlı islamçı camaatı ilə polis arasında şiddətli qarşıdurma zamanı səkkiz nəfər ölüb.

Məlumata görə onların dördü polis əməkdaşlarıdır.

“Təhrik Ləbbeyk Pakistan” üzvləri paytaxt İslamabad istiqamətində irəliləyərək aksiya keçirib və burada həbs edilmiş liderləri Səd Hüseyn Rəzəvinin azadlığını tələb ediblər.

Qeyd edək ki, Əfqanıstanda Talibanın hakimiyyəti ələ keçirməsi Pakistandakı Taliban üzvlərinin də fəal olmasına zəmin yaradıb. Bu proses nəticəsində Pakistanda olan bir sıra islamçı camaatlar da yeni hərəkatla bağlı ilhamlanıblar.