DÜNYA » SİYASƏT
29 Oktyabr 2021, 09:12 (GMT +4)

Bu gün Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Bakı, 29 oktyabr, SalamNews. Türkiyədə Cümhuriyyət Gününün elan olunmasından 98 il ötür.  
Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.

SalamNews xəbər verir ki, 29 oktyabr - Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub.

Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.