DÜNYA » SİYASƏT
29 Oktyabr 2021, 09:40 (GMT +4)

Bayden G20 sammitində iştirak etmək üçün Romaya gəlib

Bakı, 29 oktyabr, SalamNews. İyirmilik Qrupu (G20) ölkə liderlərinin görüşündə iştirak etmək üçün İtaliyaya gedən ABŞ prezidenti Co Baydenin təyyarəsi cümə gününə keçən gecə Romanın "Fiumicino" hava limanına enib.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezident və birinci xanım Cil Baydeni hava limanında İtaliya və Amerika rəsmiləri qarşılayıb. Daha sonra onlar kortecə minərək hava limanını tərk ediblər.

Baydenin Avropaya səfərinin ilk dayanacağı Vatikan olacaq. Cümə günü Papa Fransisk Amerika liderini qəbul edəcək.