DÜNYA » SİYASƏT
27 Oktyabr 2021, 06:49 (GMT +4)

İran: Yanacaq doldurma məntəqələrinə kiber hücum xarici ölkədən həyata keçirilib

Bakı, 27 oktyabr, SalamNews, B.Samid. İran ötən gün ölkənin yanacaq doldurma məntəqələrinin elektron satış sisteminə edilən kiber hücumun xarici ölkələrin birindən həyata keçirilidiyini bildirib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Virtual Sahə üzrə Milli Mərkəzinin baş katibi Əbul-Həsən Firuzabadi deyib.

O bildirib ki, kiber hücum ötən gün səhər saat 11.00 radələrindən başlayıb və yanacaq doldurma məntəqələrinin elektron satış sistemində problemlər yaradıb.

Onun sözlərinə görə bu kiber hücumun aidiyyatı təchizatlara mənfi fiziki təsirləri olmayıb və yalnız elektron satışda problemlər yaradıb.

Qeyd edək ki, İranın aiddiyyatı qurumları ötən gün paytaxt Tehranda 50-dən çox YDM-də nəğd yolla satışın bərpa edildiyini bildiriblər.

İran rəsmisi sözügedən ölkənin adını açıqlamayıb.