DÜNYA » SİYASƏT
26 Oktyabr 2021, 12:15 (GMT +4)

İran nüvə təsisatlarının birində yeni nəsil sentrifuqa cihazı quraşdırıb - KİV

Bakı, 26 oktyabr, SalamNews, B.Samid. İran Nətənz nüvə təsisatlarından qeyri bir obyektdə ilk dəfə olaraq İR-6 sentrfuqa cihazı quraşdırıb və bu cihaza qazın vurulmasına start verib.

SalamNews bu barədə Reuters-ə istinadla xəbər verir.

Bildirilib ki, İran ilk dəfə olaraq uranın zənginləşdirilməsi üçün Nətənz nüvə obyektindən kənarda İR-6 sentrifuqa cihazı quraşdırıb və ona uyğun qaz vurub.

Mənbə əlavə edib ki, İran bu addımı, yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan nüvə danışıqlardan öncə atıb.

Ekspertlər İranın danışıqlar öncəsi belə bir addım atmasını, rəsmi Tehranın danışıqlara əli dolu getməsi əzmində olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Nüvə sazişində qalan Avropa dövlətləri İranın razılaşma daxilində olan şərtlərinə əməl etmədikdən sonra, rəsmi Tehran da sazişdə olan öhdəliklərini azaldıb. Ötən il İranın nüvə təsisatlarına qarşı təxribatdan və bir nüvə aliminin terrora məruz qalmasından sonra İran uranın zənginləşdirilməsi işini 20 faizdən 60-a qaldırıb. Hazırda tərəflər İranı nüvə sazişini bərpa etmək üçün danışıqlara çağırırlar.