AZƏRBAYCAN » SİYASƏT
25 Oktyabr 2021, 18:29 (GMT +4)

Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib

Bakı, 25 oktyabr, SalamNews. Bazar ertəsi İran prezidenti İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadəni qəbul edib.

SalamNews xəbər verir ki, təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.