DÜNYA » SİYASƏT
25 Oktyabr 2021, 14:45 (GMT +4)

Quterreş Çini beynəlxalq əməkdaşlığın vacib sütunu adlandırıb

Bakı, 25 oktyabr, SalamNews. BMT-də işlədiyi 50 il ərzində Çin qlobal problemlərin öhdəsindən gəlməyə töhfə verərək, beynəlxalq əməkdaşlığın əhəmiyyətli sütunu oldu.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu BMT Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının qətnaməsinin qəbul edilməsinin 50-ci ildönümündə açıqlayıb. 

"Çin də daxil olmaqla, BMT-yə üzv bütün ökələr, BMT Nizamnaməsini yerinə yetirmək və sülhün möhkəmləndirilməsi, davamlı artım və inkişafa nail olmaq üçün ortaq məqsədlərimizə çatmaq əzmindədirlər", o deyib.

Quterreş ÇXR-in kömürlə işləyən elektrik stansiyalarını ləğv etmək öhdəliyini alqışlayıb və Pekini Qlazqo sammitində iqlim dəyişikliyi ilə mübarizədə öhdəlik götürməyə çağırıb.

Eyni zamanda BMT-nin Baş katibi COVAX təşəbbüsü çərçivəsində koronavirusa qarşı qlobal peyvəndin həyata keçirilməsində ölkənin oynaya biləcəyi mühüm rolu qeyd edib.