DÜNYA » SİYASƏT
25 Oktyabr 2021, 09:51 (GMT +4)

İran Əfqanıstanla bağlı toplantıya Talibanı dəvət etməyib

Bakı, 25 oktyabr, SalamNews, B.Samid. Cari ayın 27-də Tehranda keçiriləcək toplantıya Taliban dəvət edilməyib.

SalamNews BBC.Fars-yə istinadla xəbər verir ki, bu barədə Taliban mənbələri açıqlama veriblər.

Bildirlib ki, Əfqanıstanın qonşularının keçirəcəyi iclas əhəmiyyətli olsa da Taliban bura dəvət edilməyib.

Bəzi mənbələr bu iclasın videokonfrans formatında və Əfqanıstanla qonşu olan dövlətlərin XİN rəhbərləri müstəvisində keçiriləcəyini bildiriblər.

İran mənbələri də bildiriblər ki, Taliban hələ bu iclasa dəvət edilməyib.

Qeyd edək ki, İranda Taliban hökumətini tanımaq və bu hökumtlə əlaqələrin hansı müstəvidə olması barədə ciddi fikir ayrılıqları var. İran da əksər dünya dövltləri kimi Talibandan Əfqanıstanda əhatəli hökumətin təşkilini tələb edir.