QAFQAZ » CƏMİYYƏT
22 Oktyabr 2021, 17:57 (GMT +4)

Ermənistanda koronavirus testlərinin çatışmazlığı yarana bilər

Bakı, 22 oktyabr, SalamNews. Ermənistanda koronavirus testlərinin çatışmazlığı yarana bilər. 

SalamNews “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu, ölkədə COVID-19-la mübarizə çərçivəsində yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədardır.

Yeni qaydalara görə, işləyən vətəndaşlar peyvənd olunmalı və ya ayda iki dəfə PZR testinin nəticələrini təqdim etməlidirlər. Bu səbəbdən testdən keçmək istəyənlərin sayı kəskin şəkildə artıb.

"İdxalçılardan birinin sözlərinə görə, artıq çatışmazlıq var və testin qiymətinin yenidən 20 min drama (təxminən 50 dollar) yüksəlməsi mümkündür. Hökumətin problemin həllinə kömək edib -etməyəcəyini söyləmək çətindir, çünki peyvənd onun üçün prioritetdir”, - məlumatda deyilir.