DÜNYA » DİN
22 Oktyabr 2021, 12:17 (GMT +4)

İranın paytaxtında cümə namazı 20 aydan sonra yenidən bərpa edilib

Bakı, 22 oktyabr, SalamNews, B.Samid. İranın böyük şəhərlərində koronavirus pandemiyasına görə dayanmış cümə namazı mərasimləri yenidən bərpa edilib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu gündən başlayaraq Tehranda cümə namazı mərasimi bərpa edilib.

İranın paytaxtı ilə yanaşı bir sıra böyük şəhərlər də bu gün cümə namazı mərasiminin şahidi olacaq.

Qeyd edək ki, İranda koronavirus pandemiyasına görə hər cümə günü kütləvi şəkildə keçirilən bu ayin 20 ay idi keçirilmirdi.

İranda koronavirusun beşinci dalğası səngiyib və bəzi səhiyyə mənbələri məhdudiyyətlərə əməl edilməyəcəyi təqdirdə altıncı dalğanın da labüd olacağını bildiriblər.