DÜNYA » SİYASƏT
22 Oktyabr 2021, 09:25 (GMT +4)

İranın prezidenti əyalətlərə səfəri çərçivəsində Ərdəbilə gedib

Bakı, 22 oktyabr, SalamNews, B.Samid. İranın prezidenti İbrahim Rəisi əyalətlərə səfəri çərçivəsində Ərdəbil əyalətinə və bu əyalətin Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərinə gedib.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bu səfər İbrahim Rəisinin prezident olduqdan sonra səkkizinci əyalət səfəridir.

Məlumata görə bu səfərdə İran prezidentini onun səkkiz naziri müşayiət edir.

İran prezidenti bu səfəri çərçivəsində Ərdəbilin Parsabad şəhərində də olub.

Bu səfər çərçivəsində bir sıra layihələrin açılışı olacaq və bəzilərinin təməlqoyma mərasimi keçiriləcək.