DÜNYA » SİYASƏT
22 Oktyabr 2021, 08:49 (GMT +4)

İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Bakı, 22 oktyabr, SalamNews, B.Samid. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

SalamNews xəbər verir ki, İran və Türkiyə XİN rəhbərləri telefon bağlantısında qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkə əlqqələrini, müxtəlif beynəlxalq təşkilatlarda fərqli mövzularla bağlı əməkdaşlığı, Əfqanıstan proseslərini, Suriya münaqişəsilə bağlı Astana danışıqlarının vəziyyətini, iki ölkə arasında strateji danışıqların yeddinci toplantısını, rəsmilərin qarşılıqlı səfərlərini və sair əlaqəli mövzuları müzakirə ediblər.

İki XİN rəhbəri Əfqanıstanda əhatəli hökumətin təşkili məsələsi, burada terror aktlarının törədilməsi, sözügedən ölkəyə yardımlar və qeyri-qanuni mühacirət məsələləri barədə fikir mübadiləsi aparıb, gələn həftə Əfqanıstanla bağlı Tehranda keçiriləcək beynəlxalq toplantının gündəmində duracaq məsələlərini müzakirə ediblər.

İranın xarici işlər naziri nüvə sazişinin bərpası üçün atılan addımlarla bağlı qarşı tərəfi məlumatlandırıb.

H. Abdullahiyan İranın qonşu ölkələrlə bağlı siyasətindən söz açıb və qonşu dövlətlərin istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyinin İran üçün əhəmiyyətini vurğulayıb. O həmçinin bildirib ki, İran üçün əhəmiyyət kəsb edən məsələlərdən biri də, üçüncü pis niyyətli qüvvələrin bölgədə təxribatlar törətməsinə imkan verməməkdir.