![]() |
DÜNYA » İDMAN |
![]() Kriştiano Ronaldo daha bir rekord imza atıb Bakı, 21 oktyabr, SalamNews, R.Nadirli. "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. SalamNews xəbər verir ki, 36 yaşlı hücumçu buna "Atalanta"ya 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub. Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb. |