![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb Bakı, 21 oktyabr, SalamNews. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 200 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SalamNews-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 716 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 281 946 təşkil edir. |