DÜNYA » SİYASƏT
21 Oktyabr 2021, 18:02 (GMT +4)

Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

Bakı, 21 oktyabr, SalamNews. Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, Boqota ilə Karakas arasındakı münasibətlərdəki problemlər sülh yolu ilə həll edilməlidir və kolumbiyalı parlamentarilərin onların normallaşması ilə bağlı təklifi bu istiqamətdə böyük bir uğurdur.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, o bunu "Venesolana de Televisión" telekanalının efirində açıqlayıb.

"Mən ikitərəfli komissiya çərçivəsində Kolumbiya Konqresi ilə Venesuela Milli Məclisi arasında razılıq əldə edilməsini böyük addım hesab edirəm. Biz qardaş millətlərik ... problemlərimizi sülh yolu ilə həll etməliyik", deyə o bildirib.

Maduro, Kolumbiyada yaşayan təxminən 600 min venesuelalının ksnofobiya ilə üzləşdiyini qeyd edib.

O, bu vəziyyətə görə məsuliyyəti qonşu respublikanın prezidenti İvan Dukenin üzərinə atıb.