DÜNYA » HADİSƏLƏR
21 Oktyabr 2021, 16:20 (GMT +4)

Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

Bakı, 21 oktyabr, SalamNews . Nigeriyada silahlı şəxslər Niger ştatının qərbində yerləşən magistral yolda azı 30 nəfəri qaçırıb.

SalamNews-un RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə yerli telekanal məlumat yayıb.

Məlumata görə, quldurlar insanları avtobusdan və digər iki avtomobildən qaçırıb.

Telekanalın məlumatına görə, təcavüzkarlar magistral yolda hərəkət edərək, yerli sakinləri qorxutmaq üçün vaxtaşırı atəş açırmış. Daha sonra quldurlar sərnişinləri qaçıraraq naməlum istiqamətə aparıblar.