DÜNYA » SİYASƏT
21 Oktyabr 2021, 15:47 (GMT +4)

Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

Bakı, 21 oktyabr, SalamNews. Türkiyədə Rusiya Federasiyasının dörd vətəndaşı, Özbəkistan və  Ukraynanın bir vətəndaşı hərbi və siyasi casusluq, eyni zamanda çeçen müxalifətçilərinə qarşı hücum hazırlamaq ittihamı ilə həbs edilib.

SalamNews  xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti məlumat yayıb.

Qəzet həbs olunanların adlarını açıqlayıb. Bunlar Rusiya vətəndaşları Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan Rasayev və Aslanbek Abdulmuslimov, Ukrayna və Özbəkistan vətəndaşları İqor Efrim və Əmir Yusupovdur.