RUSİYA » CƏMİYYƏT
21 Oktyabr 2021, 13:44 (GMT +4)

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayında yüksək göstərici qeydə alınıb

Bakı, 21 oktyabr, SalamNews. Rusiyada son sutkada daha 36 339 nəfər koronavirusa (COVID-19) yoluxub.

SalamNews -un əməliyyat qərargahına istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 8 131 164-ə çatıb.

Son sutkada 1036 nəfər koronavirusdan ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 227 389 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdədir.