RUSİYA » CƏMİYYƏT
21 Oktyabr 2021, 11:23 (GMT +4)

Rusiyada koronavirusun yeni AY.4.2 ştamı aşkar edilib

Bakı, 21 oktyabr, SalamNews. Rusiyada koronavirusun "delta" ştamının müxtəlif variantlarına yoluxmalar qeydə alınıb, geniş yayılması mümkündür.

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun insan xəstəliklərinin diaqnozu üçün yeni metodların hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Hafizov bildirib.

İngiltərənin səhiyyə naziri Sajid Cavid dünən ölkədə "delta" ştamının yeni variantının yayıldığını etiraf edib. İngiltərə alimlərinin fikrincə, yeni AY.4.2 variantı delta növündən 10-15% daha yoluxucu ola bilər.