AZƏRBAYCAN » SİYASƏT
19 Oktyabr 2021, 13:17 (GMT +4)

Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük səfərə gələcək

Bakı, 19 oktyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük səfərə gedəcək.

SalamNews -un verdiyi xəbərə görə, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

"Prezidentimizin oktyabrın 26-da Azərbaycana bir günlük səfərə gedəcəyi gözlənilir",- məlumatda deyilir.

Səfərin proqramı və məqsədləri hazırda dəqiqləşdirilməyib.