MDB ÖLKƏLƏRİ » SİYASƏT
19 Oktyabr 2021, 12:58 (GMT +4)

Rusiya Gürcüstan və Ukraynanı "münasibətlərin təhrif olunmuş reallığından" imtina etməyə çağırıb

Bakı, 19 oktyabr, SalamNews. Rusiya hesab edir ki, Gürcüstan və Ukrayna Moskva ilə münasibətlərdə mövcud problemlərə obyektiv baxmalıdır, yalnız bu, mövcud problemlərin həlli üçün dialoqun aparılmasına kömək edəcək. SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının BMT-nin Cenevrə Ofisindəki daimi nümayəndəsinin müavini Andrey Belousov dünya təşkilatının Baş Assambleyasının Birinci Komitəsində çıxışı zamanı deyib.

"Biz Ukrayna, Gürcüstan və Qərb tərəfdaşlarımızı yaratdıqları təhrif edilmiş reallıqdan əl çəkməyə, mövcud problemlərə qərəzsiz, ayıq və obyektiv baxmağa çağırırıq", - diplomat bildirib.

"Yalnız bu, mövcud problemlərin həllini tapmaq üçün lazım olan dialoqu birlikdə aparmağa imkan verəcək", Belousov qeyd edib.