AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
19 Oktyabr 2021, 12:20 (GMT +4)

ADPU QUBA Filialında “REGİONLARDA ALİ TƏHSİL : REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcək

Bakı, 19 oktyabr, SalamNews. Hörmətli həmkarlar,

Sizləri, Azərbaycan Respublikası Təhsil nazirinin 09 mart 2021-ci il tarixli 03-11-271/15 nömrəli əmrinə əsasən 25-26 noyabr 2021-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təşkil ediləcək “REGİONLARDA ALİ TƏHSİL: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı Beynəlxalq Elmi Konfransda iştirak etməyə dəvət edirik.

Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Qazi Universitetinin (Türkiyə), Girne Amerikan Universitetinin (Şimali Kipr Türk Respublikası), “Konstantin Stere” adına Avropa Siyasi və İqtisadi Araşdırmalar Universitetinin (Moldova) birgə təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Mingəçevr Dövlət Universitetinin, Qars Kafkas Universitetinin, Qırğızıstan Təhsil Akademiyasının əməkdaşlığı ilə təşkil olunmuşdur.

Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz:

Tel: + 994 55 799 43 99, + 994 51 799 43 99 (Whats App)