![]() |
AZƏRBAYCAN » İQTİSADİYYAT |
![]() Azərbaycanda sığorta xidmətləri ilə bağlı mobil tətbiqlər hazırlanacaq Bakı, 19 oktyabr, SalamNews. Azərbaycan vətəndaşlarının sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə müəyyyən mobil tətbiqlərin istifadəyə verilməsi planlaşdırılır. SalamNews bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, mobil tətbiqlər vətəndaşlara sığorta məhsulu almaqla yanaşı, sığorta hadisələrinin tənzimlənməsində iştirak etməyə, sığorta şirkətlərinin fəaliyyətinə qiymətə verməyə imkan yaradacaq. Bununla da, AMB sığorta bazarında keyfiyyətli xidmət göstərilməsinə dəstək verəcək. |