AZƏRBAYCAN » SİYASƏT
19 Oktyabr 2021, 11:25 (GMT +4)

KİV: Moskvada Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası keçiriləcək

Bakı, 19 oktyabr, SalamNews. Baş nazir müavini Mher Qriqoryanın başçılıq etdiyi Ermənistan hökumətinin nümayəndə heyəti oktyabrın 20-də Moskvaya iki günlük səfərə gedəcək.

SalamNews "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, səfərin məqsədi barədə məlumat verilməyib.

"Sputnik-Ermənistan"ın verdiyi məlumata görə, Rusiya paytaxtında Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.

Komissiyanın işi sərhəddə vəziyyətin gərginləşməsi səbəbindən müvəqqəti olaraq dayandırılmışdı, amma bu yaxınlarda üçtərəfli formatda görüşlər yenidən bərpa edilib.