![]() |
DÜNYA » SİYASƏT |
![]() Ərdoğan: Dünyanın taleyini İkinci Dünya Müharibəsinin qaliblərindən ibarət «bir ovuc» ölkə həll etməməlidir Bakı, 19 oktyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, bəşəriyyətin taleyini İkinci Dünya Müharibəsini qazanan "bir ovuc ölkənin" ümidinə buraxmaq olmaz. SalamNews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, qlobal sistemdə davam edən qeyri-bərabərlikdən danışan Ərdoğan, "dünyanın beşdən çox olduğunu" bildirb. "Bəşəriyyətin taleyi İkinci Dünya Müharibəsini qazanan bir neçə ölkənin mərhəmətinə buraxıla bilməz. Dünya və demək olar ki, bütün həyatımızın sahələri dəyişir, diplomatiya, ticarət və beynəlxalq əlaqələr köklü dəyişikliklərdən keçir, qlobal təhlükəsizliyin arxitekturasının eyni qalması ağlasığmazdır", o bildirib.
|