DÜNYA » SİYASƏT
19 Oktyabr 2021, 10:28 (GMT +4)

İran məhbusların mübadiləsi məsələsinin nüvə sazişinə salınmasına imkan verməyəcəyini bildirib

Bakı, 19 oktyabr, SalamNews, B.Samid. “İran nüvə sazişinə məhbusların mübadiləsi kimi məsələlərin daxil edilməsini rədd edir.”

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bunu xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

İran XİN rəhbəri BMT baş katibi Antonio Quterreşlə telefon təmasında nüvə sazişinə digər məsələlərin salınması cəhdlərinə münasibət bildirib.

O, qeyd edib ki, məhbusların mübadiləsi kimi məsələlər nüvə sazişinə salınmayacaq.

Qeyd edək ki, Qərb tərəfi İranın ballistik raketlər proqramının, rəsmi Tehranın Yaxın Şərq siyasəti və “insan hüquqları” kimi məsələləri nüvə sazişi danışıqlarının gündəminə daxil etmək və İranla daha geniş miqyaslı “anlaşma”nı əldə etməyə çalışır.