AZƏRBAYCAN » SİYASƏT
19 Oktyabr 2021, 10:20 (GMT +4)

Laçında komanda-qərargah təlimi başlayıb

Bakı, 19 oktyabr, SalamNews. Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.