AZƏRBAYCAN » SİYASƏT
18 Oktyabr 2021, 11:00 (GMT +4)

Azərbaycan və Qətər XİN başçıları arasında görüş başlayıb

Bakı, 18 oktyabr, SalamNews. Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan Qətər baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani arasında görüş başlayıb.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində paylaşım edilib.

C.Bayramov həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra iki ölkənin xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb.