DÜNYA » SİYASƏT
18 Oktyabr 2021, 07:48 (GMT +4)

İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Pakistandan sonra Rusiyaya gedib

Bakı, 18 oktyabr, SalamNews, B.Samid. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Pakistandan sonra Moskvaya gedib.

SalamNews bu barədə İranın əl-Aləm telekanalına istinadla xəbər verir.

Bildirilib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri ötən həftə Pakistana səfərindən sonra dünən Moskvaya yollanıb.

Əlavə edilib ki, Məhəmməd Baqiri Rusiya Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib.

Baqiri Moskvaya çatan zaman mətbuata verdiyi açıqlamasında iki ölkə Silahlı Qüvvələri arasında əməkdaşlıq istiqamətində və bəzi silahların alınması mövzusunda danışıqların olacağını bildirib.

Qeyd edək ki, Məhəmməd Baqiri ötən həftə Pakistana səfərində bu ölkənin baş naziri İmran Xanla və bu ölkə ordusunun yüksək rəsmilərilə görüşlər keçirərək, qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.