![]() |
AZƏRBAYCAN » HADİSƏLƏR |
![]() Göyçayda toy təşkilatçısı cərimələnib Bakı, 16 oktyabr, SalamNews. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SalamNews-a verilən məlumata görə, Ləkçıplaq kəndində Müşviq Daşdəmirova məxsus evin həyətində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də iştirakçılardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar M.Daşdəmirov barəsində inzibati tənbeh tədbiri görülüb. |