DÜNYA » SİYASƏT
16 Oktyabr 2021, 13:29 (GMT +4)

Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata hazırlaşır -KİV

Bakı, 16 oktyabr, SalamNews, B.Samid. Türkiyə Kəşfiyyatı və Ordusu Suriyanın şimalında kürd birləşmələrinə qarşı yeni hərbi əməliyyat istiqamətində hazırlıqlar görürlər.

SalamNews xəbər verir ki, bu iddianı Reuters Türkiyə hərbi mənbələrinə istinadla irəli sürüb.

Qeyd edilir ki, Türkiyə Ordusu və Kəşfiyyatı Suriyanın şimalında kürd birləşmələrinə qarşı yeni hərbi əməliyyata start vermək istəyir və bu istiqamətdə hazırlıqlar görür.

Mənbə bu hərbi əməliyyatın Türkiyənin Rusiya və ABŞ tərəfilə aparacağı danışıqların uğurlu olub, olmamasından asılı qaldığını yazıb.

Qeyd edək ki, son 6 ildə Türkiyə Suriyanın şimalında kürd birləşmələrinə qarşı “Zeytun Budağı” və “Sülh Bulağı” adlı hərbi əməliyyatları həyata keçirib.