DÜNYA » HADİSƏLƏR
16 Oktyabr 2021, 12:30 (GMT +4)

Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

Bakı, 16 oktyabr, SalamNews. Türkiyədə sərnişin avtobusu aşıb.

SalamNews-un məlumatına görə, hadisə Samsunun Kavak rayonunda baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq 150 ​​metrlik uçuruma yuvarlanıb.

İlkin məlumatlara görə, 2 nəfər ölüb, 15 nəfər yaralanıb.