DÜNYA » HADİSƏLƏR
16 Oktyabr 2021, 12:10 (GMT +4)

Balidə zəlzələ nəticəsində 3 nəfər ölüb

Bakı, 16 oktyabr, SalamNews. İndoneziyanın Bali adasında baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

SalamNews xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Geoloji Xidmətin (USGS) məlumatına görə, adanın şərq hissəsində 4,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakəti idarəetmə agentliyinin Bali əyaləti üzrə işçi qrupunun rəhbəri, Banqli dairəsində iki, Karanqasemdə iki nəfərin öldüyünü bildirib.