DÜNYA » SİYASƏT
14 Oktyabr 2021, 11:42 (GMT +4)

İsrail yüzlərlə anti-sionist yəhudinin İrana sığınmasının qarşısını aldığını bildirib - KİV (VİDEO)

Bakı, 14 oktyabr, SalamNews, B.Samid. İsrail Qvatemalada yaşayan və “radikal yəhudi dini cərəyanı” adlandırdığı cəmiyyətin üzvlərinin İrana mühacirət etmələrinin qarşısını aldığını bildirib.

SalamNews bu barədə “Times of İsrael”ə istinadla xəbər verir.

Bildirilib ki, İsrail və ABŞ-ın aidiyyatı qurumları Qvatemalada məskunlaşmış “Lev Tahor” dini qrupun yüzlərlə yəhudi üzvünün ailələrilə birgə İrana “qaçması”nın qarşısını alıblar.

İddia olunur ki, “Lev Tahor” (Pak Qəlb) dini qrupun bu üzvləri 2018-ci ildə İrana sığınmaq və burada yaşamaqla bağlı müraciət ediblər.

Əlavə edək ki, dünyada yaşayan yəhudilərin arasında sionizmə zidd olan bu və sair ortodoks yəhudilər kompakt şəkildə Avropa və Amerikada yaşamaqdadırlar.