DÜNYA » SİYASƏT
14 Oktyabr 2021, 09:21 (GMT +4)

Talibanın nazirlərindən ibarət nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə yollanıb

Bakı, 14 oktyabr, SalamNews, B.Samid. Taliban hökumətinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə rəsmi səfərə yollanıb.

SalamNews xəbər verir ki, bu barədə Taliban hökumətinin rəsmi tvitter səhifəsi məlumat yayıb.

Bildirilib ki, “bu gün Əfqanıstan İslam Əmirliyini təmsil edən və xarici işlər naziri Mövləvi Əmirxan Müttəqinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gedib.”

Əlavə edilib ki, bu səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilir.

Mənbə bildirib ki, bu səfərdə Türkiyənin yüksək rəsmilərilə görüşlər keçiriləcək və qarşılıqlı əlaqələr, ticarət, humanitar yardımlar, qaçqınların məsələsi və hava reyslərinin bərpası və sair əlaqəli mövzular müzakirə ediləcək.”