DÜNYA » SİYASƏT
13 Oktyabr 2021, 13:43 (GMT +4)

Kollektiv Təhlukəsizlik Muqaviləsi Təskilatına üzv dövlətlər Tacikistan-Əfqanıstan sərhədində hərbi təlim keçirəcəklər

Bakı, 13 oktyabr, SalamNews, B.Samid. Kollektiv Təhlukəsizlik Muqaviləsi Təskilatına üzv olan dövlətlər cari ayın 22-23 tarixində Tacikistan-Əfqanıstan sərhədində hərbi təlim keçirəcəklər.

SalamNews bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, cari ayın 22-23 tarixində KTMT-a üzv dövlətlərin Tacikistanın Əfqanıstanla sərhədində birgə hərbi təlimi keçiriləcək.

Qeyd edək ki, Rusiya son iki ayda Özbəkistan və Tacikistanla birgə qeyd edilən bölgədə indiyə qədər iki dəfə hərbi təlim keçirib. Rusiya bölgəyə hərbi təyyarələrini və strateji bombardmançılarını da cəlb etmişdi.