DÜNYA » SİYASƏT
13 Oktyabr 2021, 12:27 (GMT +4)

Kanada sığınacaq verəcəyi əfqanıstanlı qaçqınların sayını artırıb

Bakı, 13 oktyabr, SalamNews, B.Samid. Kanada hökuməti bundan öncə 20 min əfqanıstanlıya sığınacaq verəcəyini bildirsə də bu rəqəmin artırılacağını bəyan edib.

SalamNews xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo rəsmi tvitter səhifəsində yazıb.

O bildirib ki, ölkəsi Əfqanıstandan sığınacaq verilən şəxslərin sayını artıraraq 40 minə çatdıracaq.

C.Trüdo digər ölkələri də bu işdə səylərini artırmağa çağırıb.

Qeyd edək ki, Talibanın Əfqanıstanı nəzarətə götürməsindən sonra Qərb dövlətləri ümumilikdə 80 min qaçqına sığınacaq verəcəklərini bildiriblər.