DÜNYA » SİYASƏT
13 Oktyabr 2021, 11:24 (GMT +4)

Tramp ABŞ-ın dünyanın gülüş obyektinə çevrildiyini bildirib

Bakı, 13 oktyabr, SalamNews. Demokratların hakimiyyətə gəlişindən sonra ABŞ bütün dünya ictimaiyyəti üçün istehza obyektinə çevrilib.

SalamNews -un TASS -a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bidirib.

"Ölkəmiz dünyanın hər yerində lağ mövzusuna çevrilib və artıq heç də qüdrətli deyil", Tramp bildirib.

Açıqlamada, keçmiş prezidentin tərəfdarları ilə birlikdə "Amerikanı yenidən qüdrətli edəcəyinə" söz verdiyi iddia edilir.

Siyasətçinin sözlərinə görə, prezidentliyi tərk etdiyi dövrdə ABŞ-ın Səudiyyə Ərəbistanı və Rusiyadan daha çox nefti olub.