DÜNYA » SİYASƏT
13 Oktyabr 2021, 11:07 (GMT +4)

İsrail baş naziri Soçidə Putinlə görüşəcək

Bakı, 13 oktyabr, SalamNews, B.Samid. İsrailin baş naziri Naftalı Bennet sabah Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcək.

SalamNews BBC-ə istinadla xəbər verir ki, Naftalı Bennet bu səfərdə əsasən İranın nüvə proqramını Rusiya dövlət başçısı ilə müzakirə edəcək.

Qeyd edək ki, eyni zamanda İsrailin baş naziri Yair Lapid də ABŞ-a gedib. O da ABŞ-da əsasən İranın nüvə proqramını müzakirə edəcək.

Qeyd edək ki, İsrail İranla imzalanan nüvə sazişinin əleyhinə çıxış edən əsas ölkədir. Yaxın günlərdə İranla 4+1 dövlətlərinin nüvə sazişinin bərpası ilə bağlı danışıqlarının başlayacağı gözlənilir.