DÜNYA » SİYASƏT
12 Oktyabr 2021, 17:53 (GMT +4)

Ursula von der Leyen: AB Əfqanıstana humanitar yardım üçün 1 milyard avro ayıracaq

Bakı, 12 oktyabr, SalamNews. Avropa Birliyi Əfqanıstana 1 milyard avro məbləğində humanitar yardım paketi ayırmağa hazırdır. 

SalamNews -un RİA Novosti -yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen öz rəsmi "Twitter" səhifəsində məlumat verib. Yardım Əfqanıstan xalqına zyönləndiriləcək.

Von der Leyenin sözlərinə görə, tez bir zamanda tədbir görülməlidir. O qeyd edib ki, əfqanlar taliblərin etdiklərinin əvəzini  ödəməməlidir. Dəstək ölkə xalqına və Əfqanıstana kömək edən qonşu dövlətlərə yönləndiriləcək.

"Əfqanıstanda böyük humanitar və sosial-iqtisadi çöküşün qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik", von der Leyen bildirib.

Humanitar yardımdan 300 milyon avro koronavirus əleyhinə peyvənd və insan hüquqlarının qorunmasına yönəldiləcək. Eyni zamanda azı 200 milyon avro səhiyyə sahəsinə yönəldiləcək.