DÜNYA » SİYASƏT
12 Oktyabr 2021, 11:33 (GMT +4)

Facebook İrana bağlı olduğu deyilən yüzlərlə səhifəni bağladığını bildirib

Bakı, 12 oktyabr, SalamNews, B.Samid. Facebook və İnstagram-da İran hökumətinə aid yüzlərlə hesab bağlanılıb.

SalamNews Blomberg-ə istinadla xəbər verir ki bu barədə Facebook şirkəti bəyanat verib.

Bildirilib ki, “İranın hökumət siyasətlərini yayan onlarla saxta facebook hesabı bağlanılıb.”

Facebookda bağlanılan hesabların sayının 93, İnstagram-da isə 194 hesabın bağlanıldığı deyilir.

Adı çəkilən sosial şəbəkə şirkəti bundan öncə İran İslam İnqilabının Ali liderinin ofisinin səhifəsini də bağlayıb.