DÜNYA » SİYASƏT
12 Oktyabr 2021, 10:23 (GMT +4)

Ərdoğan: Türkiyə Suriyanın şimalındakı təhdidləri aradan qaldırmağa hazıdır 

Bakı, 12 oktyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçularun yaratdığı təhdidlərə artıq dözməyəcəyini və problemi təkbaşına həll edəcəyini bildirib.

SalamNews bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.

"Suriyada ölkəmizə qarşı terror hücumları üçün tramplin olaraq istifadə edilən yerlərə artıq səbrlə yanaşa bilmərik. Türkiyə Suriyanın şimalından gələn təhdidləri ya orada fəaliyyət göstərən qüvvələrlə birlikdə, ya da öz imkanları ilə ortadan qaldırmaqda qərarlıdır", prezident bildirib.