DÜNYA » SİYASƏT
12 Oktyabr 2021, 08:52 (GMT +4)

İraqda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb, Müqtəda Sədr öndədir

Bakı, 12 oktyabr, SalamNews, B.Samid. İraqda ötən gün keçirilən növbədən kənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraqın Ali Seçki Komissiyası ötən gecə parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Məlumata görə İraqın din alimi Müqtəda Sədrin rəhbərlik etdiyi “Sədr Fraksiyası” parlamentin 329 kürsüsündən hələlik 73-nü əldə etməklə öndə gedir.

İraq Parlamenti seçkilərinin ilkin nəticələri belədir:

1-   Sədr Fraksiyası – 73

2-   Məhəmməd Halbusinin rəhbərlik etdiyi “Təqəddum” – 38

3-   Sabiq baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Dövlətul-Qanun”- 37

4-   Barizaninin rəhbərlik etdiyi “Kürdüstan Demokratik Partiyası” – 32

5-   Hadi əl-Amirinin rəhbərlik etdiyi “Fəth” koalisiyası – 15 və sair.

Qeyd edək ki, İraqda 25 milyon seçicinin qatıldığı növbədən kənar parlament seçkilərində 3,200 namizəd 329 parlament kürsüsünü əldə etmək üçün rəqabət aparıblar. Namizədlərin 951-i qadındır. Namizədlərdən 789-u müstəqil, qalanları isə müxtəlif siyasi koalisiyalar və partiyaları təmsil ediblər.