AZƏRBAYCAN » HADİSƏLƏR
11 Oktyabr 2021, 14:40 (GMT +4)

ANAMA: Azad edilmiş ərazilərdə ötən həftə 30 mina aşkarlanıb

Bakı, 11 oktyabr, SalamNews. ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan SalamNews-a bildirilib ki, oktyabrın 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 28 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 18.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.