![]() |
DÜNYA » HADİSƏLƏR |
![]() Çinin şimalında sərnişin avtobusu çaya düşüb Bakı, 11 oktyabr, SalamNews. Çinin şimalındakı Hebey əyalətində "Jingye Group" polad şirkətinin işçilərini daşıyan sərnişin avtobusu yoldan çıxaraq çaya düşüb. "TASS" bu barədə Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir. SalamNews -un xəbər verdiyi kimi, yol qəzası nəticəsində 13 nəfərin itkin düşdüyü bildirilir. Telekanalın məlumatına görə, qəza yerli vaxtla saat 07:00 radələrində baş verib. Qəza zamanı avtobusda 51 nəfər olub. Sərnişinlərdən bəziləri avtobusun damına çıxaraq xilas ola bilib. Qalan sərnişinlərin axtarışı davam edir. Hadisə yerində polis əməkdaşları və xilasedicilər işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.
|