DÜNYA » SİYASƏT
11 Oktyabr 2021, 10:15 (GMT +4)

İraq Parlament seçkilərində aktivlik 41 faiz təşkil edib

Bakı, 11 oktyabr, SalamNews, B.Samid. İraqda keçirilən növbədən kənar parlament seçkilərində aktivlik ötən seçkilərlə müqayisədə zəif olub.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası açıqlama verib.

Bildirilib ki, ötən gün ölkədə keçirilən seçkilərdə secicilərin aktivliyi 41 faiz təşkil edib.

Əlavə edilib ki, bu gün ilkin nəticələr açıqlanacaq. Yekun nəticələr isə 10 gün ərzində açıqlanmalıdır.

Qeyd edək ki, İraqda 25 milyon seçicinin qatıldığı növbədən kənar parlament seçkilərində 3,200 namizəd 329 parlament kürsüsünü əldə etmək üçün rəqabət aparıblar.

Namizədlərin 951-i qadındır.

Namizədlərdən 789-u müstəqil, qalanları isə müxtəlif siyasi koalisiyalar və partiyaları təmsil ediblər.