DÜNYA » SİYASƏT
09 Oktyabr 2021, 15:25 (GMT +4)

İranın xarici işlər naziri Dəməşqdə Suriyanın prezidenti ilə görüşüb

Bakı, 9 oktyabr, SalamNews, B.Samid. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dəməşqə səfəri çərçivəsində Suriyanın prezidenti Bəşər Əsədlə görüşüb.

SalamNews bu barədə SANA-a istinadla xəbər verir.

Bildirilib ki, Hüseyn Əmir Abdullahiyan Dəməşqə səfəri çərçivəsində Suriyanın prezidenti Bəşər Əsədlə görüşərək, qarşılıqlı əlaqələri müzakirə edib.

İranın XİN rəhbəri bundan öncə Moskvada və Beyrutda səfərdə olub, bu iki ölkə rəhbərliyi ilə görüşlərdən sonra birbaşa Dəməşqə gedib.