DÜNYA » SİYASƏT
09 Oktyabr 2021, 14:35 (GMT +4)

İranın xarici işlər naziri Rusiya və Livandan sonra Suriyaya gedib

Bakı, 9 oktyabr, SalamNews, B.Samid. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Moskva və Beyrut səfərindən sonra Dəməşqə gedib.

SalamNews SANA-a istinadla xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad bu gün Dəməşqdə İran XİN rəhbərini qarşılayıb.

Tərəflər ilk görüşdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparıblar.

İran XİN rəhbəri bildirib ki, ölkəsi tam gücü ilə rəsmi Dəməşqi dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, İran XİN rəhbərinin prezident Bəşər Əsədlə görüşü gözlənilir.