DÜNYA » SİYASƏT
09 Oktyabr 2021, 08:11 (GMT +4)

İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, yaralananlar var

Bakı, 9 oktyabr, SalamNews, B.Samid. İsrail Suriyanın Homs əyalətinin şərqində yerləşən bir hərbi hava limanı hədəfə alıb. Yaralananlar var.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, ötən gecə İsrail ət-Tənif bölgəsi (Suriya-İordaniya sərhədi) tərəfindən Homs əyalətinin şərqində yerləşən T-4 hərbi hava limanını hədəfə alıb.

Əlavə edilib ki, bu təcavüz vaxtı raketlərin çoxu zamanında havadan müdafiə tərəfindən zərərsizləşdirilib.

Lakin zərərsizləşdirilməyən raketlər də maddi xəsarətlərlə və Suriya Ordusunin altı əsgərinin yaralanması ilə nəticələnib.

Qeyd edək ki, Suriyanın Colan Yüksəkliklərini işğalda saxlayan İsrail bu ölkədə İranın, Hizbullahın və onlarla əməkdaşlıq Suriya Ordusu qüvvələrini hədəfə aldığını iddia edir.